5 aprel tarixində Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Söz” ədəbi layihəsi çərçivəsində növbəti ədəbi-bədii gecə keçirilib. Poeziya gecəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Əsgər Ələkbərov, Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, nazir müavini Sevda Məmmədəliyeva, görkəmli rəssam Tahir Salahov, görkəmli pianoçu Fərhad Bədəlbəyli və başqaları iştirak edib. Tədbirdə Leyla Əliyeva, Nigar Həsənzadə, Səidə Sübhi, Atika Əliyeva, Mehman Rəsulov və başqalarının şeirləri səsləndirilib.

Xəbərlər Qalereyası

Xəbərlər