“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

  1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturu” təsdiq edilsin (əlavə olunur).
  2. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin işçilərinin say həddi 415 ştat vahidi müəyyən edilsin.
  3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikası

Baş nazirinin birinci müavini Yaqub Eyyubov

 

Bakı şəhəri, 14 noyabr 2017-ci il

     № 490

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2017-ci il 14 noyabr tarixli 490 nömrəli qərarı ilə

təsdiq edilmişdir.

  

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin

 

STRUKTURU

 

  1. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatı (şöbələr və sektorlar).
  2. Mənzil-kommunal və təmir xidməti.
  3. “İçərişəhər” tarix muzeyi.
  4. “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarix-Memarlıq qoruq-muzeyi.
  5. “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu.
  6. Elmi-istehsalat bərpa emalatxanası.
  7. Elmi-Mədəni Mərkəz.
  8. Tahir Salahovun ev-muzeyi.
  9. Marionet Teatrı.
  10. Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi