4-6 oktyabr 2017-ci il tarixində Azərbaycanda ilk dəfə  ICMAH-ın (Arxeologiya və Tarix Kolleksiyalarının və Muzeylərinin Beynəlxalq Komitəsi) “Muzeylər, kolleksiyalar və sənaye irsi” adlı illik konfransı keçirdildi. Konfrans ICMAH, ICOM Azərbaycan Milli Komitəsi və “İçərişəhər” Dövlət Tarix- Memarlıq Qoruğunun təşkilatçılığı ilə keçirilmişdir.

            ICMAH Beynəlxaq Muzeylər Şurasının (İCOM) 1947- ci ildə yaradılmış əsas komitələrindən biridir. Bu komitənin ən əsas və başlıca funksiyası bütün dünyadakı arxeologiya və tarix muzeyləri, peşəkar muzey əməkdaşları ilə əməkdaşlıq və qarşılıqlı ünsiyyət yaratmaqdır. Bu fəaliyyətin əsas məqsədlərdən biri hər il beynəlxalq konfrans keçirmək, muzeylərin problemli sahələrinə toxunmaq və maraqlı mövzu irəli sürməkdir.

Konfransda dünyanın 15 müxtəlif ölkəsinin 35 muzeyindən  gələn nümayəndələr və muzey peşəkarları məruzələrlərlə çıxışlar etdilər.

Konfrans ərzində iştirakçılar üçün mədəni proqram təşkil olunmuşdur ki, bura Marionet Teatrı da daxil edilmişdir.