15 dekabr 2017- ci il tarixində İçərişəhər Qoruq İdarəsində ICOM Azərbaycan Milli Komitəsinin illik plenar konfransı keçirilmişdir. Bu il ICOM Azərbaycan Milli Komitəsi öz 25 illiyini qeyd etdi.

       ICOM Azərbaycan Milli Komitəsi ictimai təşkilat olaraq Azərbaycan muzeylərinin, elm, mədəniyyət, incəsənət, muzey işi ilə bilavasitə əlaqəsi olan və ICOM təşkilatının üzvü olan xadimləri birləşdirir.

       Milli Komitənin əsas vəzifələrindən muzey işi və mədəniyyət sahəsində əməkdaşlığı gücləndirmək, xarici muzeylərin mütərəqqi təcrübələrinin öyrənilməsindən ibarətdir.

       Milli Komitənin prioritet işlərindən biri – silahlı toqquşmalar zamanı mədəni dəyərlərin xilas olunması, onların qeyri-qanuni ticarətinə qarşı mübarizə aparılması, mədəni irsin qorunması və ölkədə muzey menecmentinin inkişafından ibarətdir.

        Konfransda aşağıdakı məsələlər müzakirə olunmuşdur:

        1)       ICOM Azərbaycan Milli Komitəsinin yenilənmiş Nizamnaməsinin müzakirəsi;

        2)       təzələnmiş saytın təqdimatı;

      3)       2019-cu ildə Yaponiyanın Kioto şəhərində keçiriləcək ICOM-un Baş Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin hazırlanması üçün işçi qrupun müəyyənləşdirilməsi;

        4)       ICOM Azərbaycan Milli Komitəsi tərəfindən “İlin ən yaxşı muzey layihəsi” və  “Komitənin ən fəal üzvü” nominasiyalarda təqaüdün verilməsi.