21 noyabr  2014-cü il tarixində İçəri Şəhərdə Tahir Salahovun ev-muzeyində “Azərbaycan paytaxtları” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

Aşağıda sadalanan mövzular konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır:

1)Elxanilər dövlətinin paytaxt şəhərləri;

2)Qafqaz Albaniyasının paytaxtı qədim Qəbələ şəhəri və onun arxeoloji qazıntıları;

3)Azərbaycan tarixində əhəmiyyətli yeri olan mühüm paytaxt şəhəri qədim Bərdə;

4)Azərbaycan ərazisində erkən şəhər mədəniyyəti (Naxçıvan materialları əsasında);

5)Qədim paytaxt şəhər: Şamaxı mənbələrdə və  tarixi tədqiqatlarda;

6)Azərbaycanın XVIII əsr şəhəri – Ağsu;  

7)Paytaxt Bakıda abidələrə münasibət;

8)Qarabağ xanlığının paytaxtı-Şuşa şəhəri;

9)Qədim Bakı milli irsimizin incisi kimi;

10)Azərbaycanın paytaxtları və ipək yolu;

11)Qafqaz Albaniyasında yaşayan türkdilli xalqların mədəniyyəti;

12)Şirvanşahların paytaxtı İçəri şəhərin arxeoloji–memarlıq abidələri Şeyx Tahir   xanəgahının tikililəri nümunəsində;

13)Müsəlman şəhərsalmasında İçəri şəhər paytaxt şəhər kimi.

Qeyd olunan elmi-tarixi araşdırmaların mətni məruzə olunmuşdur. “Azərbaycan paytaxtları” adlı  elmi məqalələr toplusu və tezislər məcmuəsi nəşr edilərək respublikanın müxtəlif kitabxanalarına göndərilmişdir.