2015-ci il 31 mart tarixində İçəri Şəhərdə, Dörbucaqlı Qalada 1918-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımın tarixinə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir.

Aşağıda sadalanan mövzular konfrans iştirakçılarının diqqətinə çatdırılmışdır:

1)Erməni hərbi birləşmələri və onların Bakıdakı Mart soyqırımında rolu;

2)Bakı neftinin ələ keçirilməsi uğrunda beynəlxalq mübarizənin güclənməsi və Bakı şəhərinin Azərbaycandan qoparılmasına göstərilən cəhdlər (1917-ci il oktyabr – 1918-ci il iyul);

3)1918-ci ildə Bakıda erməni xəyanətinin nəticəsi olan mart faciəsi, ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi mənəvi genosid;

4)Şamaxıda 1918-ci il mart soyqırımı (sənədlər, xatirələr, şahidlər);

5)Azərbaycan ədibləri ermənilərin törətdikləri soyqırım haqqında;

6)Daşnakların Qərbi Azərbaycanda soyqırım siyasəti;

7)Məruz qaldığımız soyqırımlar mətbuat “yaddaşının” işığında;

8)Soyqırım anlayışı: daşnak və bolşeviklərin türk-müsəlmanlara qarşı soyqırımı tarixi tədqiqatlarda;

9)Şərqi Türkiyə və Cənubi Qafqazda erməni amili: aktlar və həqiqətlər;

10)Mart qırğınının general qurbanı – Ağa Yusif Dadaşov.

Bütün məruzələr  31 Mart Azərbaycanlıların soyqırım günüdür” adlı kitabda çap olunmuşdur.  Həmin kitab respublikanın mühüm kitabxanalarına paylanmışdır.