26 dekabr 2016-cı il tarixində İçərişəhər Qoruq İdarəsində keçirilmiş elmi-praktik konfransda Azərbaycan tarixinin mühüm hissəsini təşkil edən İçəri Şəhər haqqında aşağıdakı elmi-tarixi araşdırmaların mətni dinlənilmişdir.

1)Bаkı Şirvаnşаhlаr Sarayı binаsı;

2)İçərişəhərlilərin ailə və ailə məişətinə dair;

3)2016-cı ildə İçəri Şəhər ərazisində “Böyük Qala, 50” ünvanında   aparılmış arxeoloji qazıntılar haqqında;

4)Azərbaycan tarixinin təbliğində İçəri şəhər abidələrinin əhəmiyyəti;

5)Səlimxanovlar və Bakı tarixi;

6)Orta əsr Şirvan-Abşeron memarlığının təkamülü İçəri şəhərin timsalında;

7)Bakı Qız qalasının tikilmə tarixi və təyinatı haqqında;

8)İçəri şəhərin divar rəsmləri;

9)Bakı şəhərinin memarlıq tarixində Polşa memarlarının rolu;

10)Rusiya, Avropa və Amerika kitabxanalarında İçəri şəhər və   Şirvanşahlar Sarayının tarixinin öyrənilməsində əhəmiyyətli olan bəzi mənbələr haqqında;

11)Bakı Xan Sarayı kompleksi.

Bu aspektli mövzular polemika yaratmış və geniş şəkildə müzakirə edilmişdir. Konfrans materialları nəşr olunmuş və elmi müəssisələrin fonduna göndərilmişdir.