28 yanvar 2016-cı ildə İçərişəhər Qoruq İdarəsində görkəmli tarixçi, tarix elmləri doktoru, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı Sara Balabəy qızı Aşurbəylinin  anadan olmasının 100 illiyinə həsr olunmuş  elmi-praktik konfrans keçirilmişdir.

Aşağıda sadalanan mövzularda məruzələr dinlənilmişdir:

1)Orta əsrlərdə Azərbaycan-Hindistan iqtisadi və mədəni əlaqələri Sara Aşurbəylinin tədqiqatlarında;

2)Sara Aşurbəyli haqqında xatirələr və elmə həsr olunmuş həyat;

3)Aşurbəyov qardaşlarının evi;

4)Sara Aşurbəylinin rənglər dünyası;

5)Sara xanım Aşurbəylinin Azərbaycan tarixində  yeri;

Məruzələr çap edilərək kitabxanalara təqdim olunmuşdur.