İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi Bakı Ekspo Mərkəzində ənənəvi olaraq təşkil olunan XVII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisində iştirak edir. 
Aprel ayının 5-dən 7-nə qədər davam edəcək sərgi turizm bazarı,dövlət strukturları və həm yerli, həm də regional turizm təşkilatlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrini növbəti dəfə bir arada toplayır. 
Sərgiyə qatılan ziyarətçilər "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində fəaliyyət göstərən İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin stendini də ziyarət edə və Azərbaycanın təkrarsız tarixi-mədəni irsindən ilhamlanaraq yaradılan "Dastan" brendinin məhsulları, eləcə keramika məhsullarının hazırlanması prosesi ilə tanış ola bilərlə