Ümumdünya Autizm maarifləndirmə ayı çərçivəsində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən silsilə tədbirlər keçirilir. İdarə tərəfindən növbəti tədbir kimi Bakıda fəaliyyət göstərən müxtəlif mərkəzlərin autizmli uşaqları üçün Cıdır Atçılıq Mərkəzində atla gəzinti təşkil olunub. Qeyd edək ki, aylıq çərçivəsində əhali arasında autizmlə əlaqədar maarifləndirmənin artırılması və autizmli insanların həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər keçirilir. Bu isə autizmdən zərər çəkmiş insanların istedadlarını aşkarlamağa və onlara potensiallarından düzgün istifadə etməyə imkan yaradır.

Xəbərlər Qalereyası