19 may tarixində Marionet Teatrında “Leyli və Məcnun” operasının səhnəyə qoyulmasının 110 illiyi qeyd olundu. İslam dünyasında ilk opera hesab olunan bu əsər ilk dəfə olaraq 1908-ci ildə, Hacı Zeynalabdin Tağıyevin teatrında təqdim olunmuşdur.
Bu əfsanəvi tamaşanın müzakirəsinə həsr olunan axşam Marionet Teatrının bədii rəhbəri və direktoru Tərlan Qorçu tərəfindən təşkil edilmişdir. Tədbirdə əməkdar incəsənət xadimi İlham Rəhimli, xalq artisti Mənsum İbrahimov, musiqiçi Salman Qənbərov, Ceyran Mahmudova, Kamil Dadaşzadə, Raya Abbasova və başqaları iştirak etmişlər.

Xəbərlər Qalereyası