"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni - “Reinkarnasiya – Əbədi gənc Qədim şəhər” layihəsi 1 iyun “Beynəlxalq Uşaqların Müdafiəsi günü”ndə təqdim olunub. Məqsədimiz İçərişəhərin tarixi abidələrinə, mədəniyyətinə, adət və ənənələrinə uşaqların gözü ilə baxmaq, uşaqlara özünəməxsus sevgiləri ilə qədim şəhərin ruhunu duymaq, beləcə İçərişəhəri yenidən yaratmaq və yeni həyat verməkdir.
Layihə “Reinkarnasiya-Tanımadığınız İçərişəhər” layihəsinin davamıdır. Layihədə “DA-ART” Təsviri İncəsənət Mərkəzinin uşaqları iştirak edir.

Xəbərlər Qalereyası