1171-ci ildə  inşa edilmiş Aşur məscidi İçəri Şəhər ərazisində yerləşən ən qədim məscidlərdən biri hesab edilir. Uzun illər boyu xarici amillər məscidə öz təsirini göstərmiş, təmir və bərpa işlərinə ehtiyacı olduğu qənaətinə gəlinmişdir. 2016-cı ildən abidədə bərpa işləri uğurla davam etdirilir. Hazırda abidənin ibadət zalında stalaktitlərlə bəzədilmiş zəngin mehrabı üzərində konservasiya işləri aparılır. Bərpa müddəti başa çatdıqdan sonra məscid yenidən ictimaiyyətə açıq olacaqdır.